Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dağlıq Qarabağın ziyalıları – Şamil Hüseynov

0

  •          Xocalı dörd min illik tarixə malik, Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tariximizin şanlı səhifəsində özünəməxsus yer  tutan, qədimdən Oğuz  türklərinin, onlardan  törəyib şəcərəsi  dövrümüzə qədər  gəlib  çatan, tarixdə izi olan nəsillərin yaşayıb-yaratdığı bir məkandır. Əsrarəngiz  təbiətə  malik  Xocalı Azərbaycanın, Qarabağın  tarixində böyük rol oynayan  məşhur  insanlar, ziyalılar yetirmişdir. Belə insanlardan biri  də ulu babaları qədimdən Xocalıda yaşamış, xeyirxahlığı  özünə həyat  amalı seçmiş  Şamil Dadaş oğlu Hüseynovdur. O, fəaliyyət göstərdiyi sahələrdə daim insanlara diqqət və qayğı  ilə  yanaşmış, öz köməyini əsirgəməmişdir.
            Şamil Dadaş oğlu Hüseynov 26  mart  1950-ci ildə qədim yaşayış məskənimiz olan Xocalıda  fəhlə  ailəsində  anadan olmuşdur. Şamil  Hüseynov 1957-67-ci  illərdə Xocalı kənd orta məktəbində  təhsil almış, 1968-70-ci  illərdə  həqiqi  hərbi  xidmətdə  olmuşdur. Hərbi  xidmətdən doğma Xocalıya qayıdan Şamil 1971-72-ci  illərdə Xocalı 2 nömrəli  üzümçülük-tərəvəzçilik sovxozunda  fəhlə  işləmiş, 1972-75-ci illərdə Ağdam Kənd Təsərrüfatı  texnikumunda təhsil almışdır. O, texnikumda təhsil aldığı illərdə fəal tələbə kimi texnikumun elmi, mədəni həyatında yaxından iştirak etmişdir.
            Texnikumda  təhsilini  müvəffəqiyyətlə  başa vuran Şamil  Hüseynov təşkilatçılıq  qabiliyyəti  nəzərə  alınaraq  1975-78-ci illərdə Xocalı 2 nömrəli üzümçülük-tərəvəzçilik  sovxozunda  əvvəlcə  sahə  briqadiri   işləmiş, sonra  isə partiya  təşkilat  katibi, 1978-80-ci illərdə sovxoz  Həmkarlar  Komitəsinin sədri,1980-82-ci illərdə  Xocalı kənd  Xalq  Deputatları  Sovetinin sədri, 1982-85-ci  illərdə  Xocalı  kənd  tərəvəzçilik-südçülük sovxozunda Həmkarlar  Komitəsinin  sədri  vəzifələrinə irəli çəkilmişdir. O, bu  vəzifələrdə  işləyərkən  daim vəzifəsinin  öhdəsindən layiqincə gəlmiş,  insanların  böyük  rəğbət və razılığını  qazanmışdır. Şamil Hüseynov əmək  fəaliyyəti  ilə  bərabər  1977-83-cü illərdə Bakı Ali Partiya məktəbində  təhsil alaraq partiya siyasi işi  ixtisasına   yiyələnmiş  və  leytenant  hərbi  rütbəsini  almışdır.
                  1988-ci  ildən  ermənilərin  Azərbaycana  qarşı  qaldırdığı əsassız  torpaq  iddiası Şamil  Hüseynovun insanlara  xidmət  yolunda  daşıdığı  yükü daha da  ağırlaşdırdı. 1990-cı ildə  Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında  Hüquqi  Kadrların Təkmilləşdirmə İnstitutunda  ixtisasartırma  kursundan  keçən Şamil Hüseynov 1990-91-ci  illərdə DQMV üzrə Əhalinin Sosial Məsələlər qrupunun  rəhbəri  təyin  olunmuşdur. Bu  illərdə  çox  gərgin  şəraitdə işləyən Şamil  müəllim  DQMV  ərazisində  olan azərbaycanlı  əhalinin sosial  problemlərinin  həlli  istiqamətində  var  gücünü  əsirgəməmiş, yeni  yaradılmış Xocalı rayonu  strukturlarının formalaşmasında  yaxından  iştirak  etmişdir.
                   Şamil müəllim yeni yaradılan sosial  təminat şöbəsinin müdiri vəzifəsində işləməklə bərabər gündən-günə azğınlaşan  ermənilərin  hücumlarından  dinc əhalini qorumaq məqsədilə 708 saylı hərbi  hissənin  tabeliyində Xocalıda  yaradılan  817 saylı əlahiddə  özünümüdafiə  batalyonunun  tərkibində  döyüşçü  kimi  də  xidmət etmişdir. O, Xocalı soyqırımından sonra ömrünün axırına  qədər Xocalı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin  direktoru  vəzifəsində işləmişdir. Yeni  Azərbayan Partiyasının Xocalı rayon təşkilatı yaradılan gündən-1995-ci ilin mart ayından  partiya  sıralarına  qoşulan  Şamil müəllim  daşıdığı  vəzifədə  xalqın xidmətində daim sədaqətlə  dayanmış, 26  dekabr  2006-cı ildə vəfat etmişdir. Şamil  müəllimin  xatirəsi xocalıların və onu  tanıyan  insanların  qəlbində  həmişə yaşayacaqdır.

        Nəcəf  Həsənov.

    Xocalı Rayon Təhsil Şöbəsinin 

    aparıcı məsləhətçisi

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib54 dəfə
    Dağlıq Qarabağın ziyalıları Şamil Hüseynov

    Maraqlı gələ bilər
    52